XİDMƏTLƏR
BULUD İNFRASTRUKTURU
“AZCLOUD” bulud hesablamaları xidmətləri sizin ehtiyaclarınıza uyğunlaşdırılır. Fərdiləşdirilmiş həllər minimum giriş xərcləri ödəməklə daxili İT infrastrukturu yaratmağa imkan verir. “AZCLOUD” tərəfindən təqdim olunan həllər sizin konkret ehtiyaclarınıza cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verir. Cari ehtiyaclarınıza əsasən CPU, HDD, RAM parametrlərini seçərək resurs əldə edə bilərsiniz. Təklif etdiyimiz “Artıma uyğun ödə” modeli xidmətin dəyərini proqnozlaşdırmağa imkan verir və nəticədə infrastruktur xidmətlərinə görə xərcləriniz azalır. Bundan əlavə, dünyanın istənilən nöqtəsindən VPN şəbəkəsinin qurulması, VPN (İPsec), İPv4 və İPv6 xidmətləri, eləcə də ayrılmış xətt xidmətini göstərə bilərik. Habelə “AZCLOUD” tərəfindən təqdim olunan DDoS (“Paylanmış xidmətdən imtina hücumları”) Mühafizə xidməti ilə infrastrukturunuzun etibarlılığı və təhlükəsizliyi təmin olunacaq, Yüklənmənin Tarazlaşdırılması (load balancing) xidməti isə şəbəkənizdən istifadəni optimallaşdıracaq.
YERLƏŞDİRMƏ
Avadanlıqların yerləşdirilməsi həlli ilə biz müştərilərin avadanlıqlarını daimi işləyən soyutma sistemlərinə, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış ilə təmin edirik. Bu xidmətdən faydalanmaqla siz enerji, texniki xidmət, serverlərin idarəolunması kimi xərclərə əlvida deyə bilərsiniz. Bizim Data Mərkəzində yerləşdirdiyiniz serverləriniz sutkanın 24 saatı, həftənin 7 günü ərzində fasiləsiz nəzarət altında olacaq. Sorğunuzdan asılı olaraq serverinizin işə salınması, yenidən işə salınması, söndürülməsi və xarici diaqnostikasını (remote hands and remote eyes) həyata keçirilə bilərik.
ÖZÜNƏXİDMƏT PLATFORMASI
Bulud məhsullarının istifadəsini müştərilər üçün maksimal olaraq asan və rahat etmək üçün AZCLOUD özünəxidmət platformasını təqdim edir. Bu platforma sahibkarlara və şirkətlərə bulud infrastrukturlarını öz seçimlərinə əsasən rahat idarə etməyə imkan verir.
REZERVLƏNMƏ XİDMƏTİ
"AZCLOUD" təqdim etdiyi məlumatların rezervlənməsi xidməti məlumat itkisinin qarşısının alınmasını və onun idarə edilməsini maksimal olaraq asanlaşdırır.
MICROSOFT MƏHSULLARI
"AZCLOUD" virtual mühitdən istifadə zamanı müştərilər lisenziyalaşdırılmış Microsoft Windows Server əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün SQL Server və poçtun idarə edilməsi üçün Exchange Server proqram təminatından faydalana biləcəklər.
VİRTUAL IP TELEFONİYA
Yeni nəsil rabitə növü hesab edilən Virtual IP telefoniya xidmətlərindən istifadə etmək üçün sadəcə internet şəbəkəsinin olması kifayətdir. Adi şəhər nömrəsi olan SIP nömrəni noutbuka, smartfona, mobil nömrəyə və s. qoşub asanlıqla istifadə etmək mümkündür.
TƏHLÜKƏSİZLİK HƏLLƏRİ
Qloballaşan dünya bazarlarında şirkətlərin təhlükəsizlik tələbləri məxfililiyin qorunmasına, işin davamlılığına və mobil təhlükəsizliyinə fokuslanır. AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin istənilən şəkildə təhlükəsizliyinin qorunması üçün minlərlə müştərilər tərəfindən seçilmiş həlləri əlverişli abunə şərtləri əsasında təqdim edir.