TƏHLÜKƏSİZLİK HƏLLƏRİ

 

 

TREND MICRO-dan kompleks təhlükəsizlik həlləri 

"AZCLOUD" Trend Micro-dan bulud infrastrukturunda məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üzrə həlləri təqdim edir. 20 ildən çox təcrübəyə malik Trend Micro şirkətindən həlləri əlverişli şərtlərlə "AZCLOUD"-dan aylıq abunə əsasında heç bir kapital investisiyalar etmədən rahat şəkildə əldə edə bilərsiniz:

  • Trend Micro serverlərin qorunması üçün Deep Security və istifadəçi cihazlarının qorunması üçün Office Scan həlləri ilə bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunmasını təmin edir.
  • Mübadilə edilən məlumatların SmartProtectionTM texnologiyası əsasında süni intellekt vasitəsilə təhlili həyata keçirilir.
  • Təhlükəsizlik həllərini aylıq icarə əsasında əldə edərkən istifadəçi tərəfindən heç bir quraşdırma konfiqurasiyalarının və ya yenilənmələrin həyata keçirilməsinə ehtiyac qalmır. Biz bu işləri öz üzərimizə götürməklə xidmətin istismarını istifadəçi üçün maksimal olaraq asanlaşdırırıq.
  • 2018-ci ildən etibarən "AzInTelecom" Trend Micro şirkətinin Bürünc partnyorudur və Trend Micro tərəfindən "AZCLOUD"​-un sertifikatlaşdırılmış mütəxəssisləri müştərilərə 24/7 dayanıqlı olaraq xidmət göstərir.

 

“Kaspersky Lab”dan müasir təhlükəsizlik həlləri 

AZCLOUD bulud provayderi məlumat təhlükəsizliyi sistemlərinin hazırlanması sahəsində dünya liderlərindən olan "Kaspersky Lab"ın korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üzrə həllərini əlverişli şərtlərlə təklif edir:

  • Təhlükəsizlik protokolları qurğunun növü və platformasından asılı olmayaraq, avtomatik şəkildə bütün istifadəçilərə tətbiq edilir.
  • İş stansiyaları, fayl serverləri və mobil cihazlar kimi müxtəlif qurğuların təhlükəsizliyi vahid konsoldan rahat idarəetmə ilə təmin edilir.
  • Həllin idarə olunması mümkün qədər sadələşdirilmişdir və sizin xüsusi texniki bacarıqlara ehtiyacınız olmayacaqdır.
  • Öncədən quraşdırılmış protokollar tətbiq edildikdən dərhal sonra Kasperky həlləri təşkilatınızı qorumağa kömək edəcəkdir.
  • 2017-ci ildə "Kaspersky Lab"ın məhsulları 86 müstəqil testə qatılmışdır və onlardan 72 dəfə birinci yer tutmuş, 78 dəfə isə ardıcıl olaraq ilk üçlüyə daxil olmuşdur.