REZERVLƏNMƏ XİDMƏTİ – Buludda tez və asan rezervlənmə xidməti

 

Məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır. Bulud üzərindən rezervlənmə xidmətinin tətbiq edilməsinin əsas üstünlükləri:

  • Rezervlənmə üçün daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması
  • Data Mərkəzi müştərilərinin və istifadəçinin öz şəxsi virtual infrastrukturunun bizim Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi 
  • Şifrələmə vasitələrindən istifadə etməklə məlumatların ayrı məkanda saxlanılması və onların təhlükəsizliyinin təmin edilməsi
  • İstifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, həftəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırması imkanı
  • İlkin rezervlənmədən sonra sonrakı rezervlənmələrin məlumatların artımı bazında həyata keçirilməsi hesabına yaddaş və traffik xərclərinə qənaət edilməsi
  • Xidmətə abunə olduqdan sonra istifadəçiyə resurslarının rezervlənməsi, idarə edilməsi və tez bir zamanda bərpası üçün şəxsi kabinetin təqdim edilməsi
  • Müştərilərə Data Mərkəzinin mütəxəssisləri tərəfindən 24/7 dəstək xidməti  

Data Mərkəzi üzərindən rezervlənmə xidməti 2019-cu ilin birinci rübündə istifadəyə veriləcək. Əvvəlcədən müraciət edən müştərilərə endirim təqdim olunacaq.

Əlavə məlumat üçün bizimlə əlaqə:  sales@datamerkezi.az