TREND MICRO-dan kompleks təhlükəsizlik həlləri

 

Data Mərkəzi Trend Micro-dan bulud infrastrukturunda məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üzrə həlləri təqdim edir. 20 ildən çox təcrübəyə malik Trend Micro şirkətindən həlləri əlverişli şərtlərlə Data Mərkəzindən aylıq abunə əsasında heç bir kapital investisiyalar etmədən rahat şəkildə əldə edə bilərsiniz:

  • Trend Micro serverlərin qorunması üçün Deep Security və istifadəçi cihazlarının qorunması üçün Office Scan həlləri ilə bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunmasını təmin edir.
  • Mübadilə edilən məlumatların SmartProtectionTM texnologiyası əsasında süni intellekt vasitəsilə təhlili həyata keçirilir.
  • Təhlükəsizlik həllərini aylıq icarə əsasında əldə edərkən istifadəçi tərəfindən heç bir quraşdırma konfiqurasiyalarının və ya yenilənmələrin həyata keçirilməsinə ehtiyac qalmır. Biz bu işləri öz üzərimizə götürməklə xidmətin istismarını istifadəçi üçün maksimal olaraq asanlaşdırırıq.
  • 2018-ci ildən etibarən Data Mərkəzi Trend Micro şirkətinin Bürünc partnyorudur və Trend Micro tərəfindən Data Mərkəzinin sertifikatlaşdırılmış mütəxəssisləri müştərilərə24/7 dayanıqlı olaraq xidmət göstərir.

Əlavə məlumat üçün bizimlə əlaqə:  sales@datamerkezi.az