XİDMƏTLƏR
HESABLAMA
Biz virtual serveri sizin ehtiyaclarınıza uyğunlaşdıra bilərik. Bizim fərdiləşdirilmiş həllərimiz minimum giriş xərcləri ödəməklə daxili İT xidmətləri yaratmağa imkan verir. Bu həllər sizin konkret ehtiyaclarınıza cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verəcək. Bu o deməkdir ki, müştəri CPU, HDD, RAM parametrlərini öz istəyinə əsasən seçməklə ayrılmış resurslar əldə edə bilər. Ayrılmış resursların həcminin genişlənməsini müştərinin sorğusuna əsasən operativ şəkildə həyata keçiririk. Təklif etdiyimiz “İstifadə etdiyin qədər ödə” və “Artıma uyğun ödə” modellərinin rahatlığı ondadır ki, xidmətin dəyərini dəqiq proqnozlaşdırmağa imkan verir. Nəticədə, həmin resursların qiyməti də daha aşağı olur.
YADDAŞ
Məlumatlarınız sizin üçün əhəmiyyətli və konfidensial xarakter daşıyır. Əmin ola bilərsiniz ki, bizim xidmətimizlə məlumatlarınız etibarlı yerdə saxlanacaq. Fərdiləşdirilmiş həllərimiz sizin konkret ehtiyaclarınıza cavab verməyə və tələbat yarandıqca əlavə tutum əldə etməyə imkan verəcək Bizim xidmətlərimizlə siz öz məlumatlarınıza müxtəlif məkanlardan rahat çıxış imkanı əldə edəcəksiniz.
ŞƏBƏKƏ
“Paylanmış xidmətdən imtina hücumları”ndan (“DDoS”) mühafizə xidmətimizlə İT infrastrukturunuzun təhlükəsizliyini təmin edirik. Bununla da, siz xakerlər, viruslar və digər təhdidlərə qarşı çoxşahəli təhlükəsizlik əldə edirsiniz. Habelə təklif etdiyimiz Yüklənmənin Tarazlaşdırılması (load balancing) xidməti şəbəkənizdən istifadəni optimallaşdıracaq. Optimallaşdırılmış şəbəkə sayəsində siz rahat şəkildə və az xərclə şəbəkə istifadəçilərini əlavə edə və dəyişdirə biləcəksiniz. Bundan əlavə, dünyanın istənilən nöqtəsindən VPN şəbəkəsinin qurulması, VPN (İPsec), İPv4 və İPv6 xidmətləri, eləcə də ayrılmış xətt xidmətini göstərə bilərik.
YERLƏŞDİRMƏ
Avadanlıqların yerləşdirilməsi həlli ilə biz müştərilərin avadanlıqlarını daimi işləyən soyutma sistemlərinə, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış ilə təmin edirik. Bu xidmətdən faydalanmaqla siz enerji, texniki xidmət, serverlərin idarəolunması kimi xərclərə əlvida deyə bilərsiniz. Bizim Data Mərkəzində yerləşdirdiyiniz serverləriniz sutkanın 24 saatı, həftənin 7 günü ərzində fasiləsiz nəzarət altında olacaq. Sorğunuzdan asılı olaraq serverinizin işə salınması, yenidən işə salınması, söndürülməsi və xarici diaqnostikasını (remote hands and remote eyes) həyata keçirilə bilərik.