ƏMƏKDAŞLIQ



"Data Mərkəzi" Əməkdaşlıq Proqramı


Üstünlüklər:

İmkanlar:

  • Məhsulların satışı;
  • Qlobal alış və satış;
  • Son istifadəçinin təsdiqi olmadan xüsusi qiymət əldə etmək imkanı.

Məhsul portfelinin xarakteristikası:

  • Hesablama, Yaddaş, Şəbəkə və Yerləşdirmə (co-location) xidmətləri;
  • İT infrastruktur üçün vahid mənbə;
  • Məhsulların dövrü idarəçiliyi.

Hədəflərimiz:

  • Kiçik, orta və böyük bizneslər;
  • Uzunmüddətli biznes əlaqələri.

Əməkdaşlıq proqramının məqsədi:

  • İT Biznes mühitinin inkişafına dəstək vermək;
  • Sadəcə müştərilərə deyil partnyorlarımıza da əlavə dəyər vermək.

Sistem inteqratoru

Sistem inteqratoru (Sİ) müxtəlif vendorlardan əldə olunan avadanlıq, proqram təminatı, şəbəkə və saxlama məhsullarını birləşdirərək müştərilər üçün bütov hesablama sistemlərinin qurulmasında ixtisaslaşan fərd və ya biznesdir. Birlikdə təklif etdiyimiz kompleks həllər müştərilərimizə bazarda yaranan yeni tendensiya və çağırışlara cəld reaksiya verməyə köməklik edəcək.
 

Ödəniş

Gümüş Partnyor - 10% (399 AZN-ə qədər)

Qızıl Partnyor - 15% (400-699 AZN)

Platinum Partnyor - 20% (700 AZN+)   



İdarə edilən Xidmət Provayderi 

İdarə edilən xidmət provayderi (MSP) bizim xidmətlərimizdən istifadə edərək son istifadəçi üçün şəbəkə və ya İT infrastrukturu yaratmaqda kömək etməklə yanaşı onların idarə edilməsini təmin edir.

 

Ödəniş

Gümüş Partnyor - 10% (399 AZN-ə qədər)

Qızıl Partnyor - 15% (400-699 AZN)

Platinum Partnyor - 20% (700 AZN+)



Satış dileri

Əməkdaşlıq Proqramı Satış dilerlərimizə ictimai, özəl və dövlət sektorundan olan müştərilərə etibarlı, yüksək keyfiyyətli xidmət, data təhlükəsizliyi, müasir İT göstəricilərinə malik şəbəkə və İT infrastrukturu əsasında AzInTelecom-un Data Mərkəzi xidmətlərini və infrastruktur həllərini əldə etməklərinə kömək etmək üçün şərait yaradır. 

Ödəniş

Dia diler - 5% (399 AZN-ə qədər)

Para diler - 8% (400-699 AZN)

Ferro diler - 10% (700 AZN+)