HAQQIMIZDA

DATA MƏRKƏZİ

Data Mərkəzimiz Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzi 2016-cı ilin dekabr ayında “AzInTelecom” MMC tərəfindən istismara verilib. “AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdində fəaliyyət göstərir. Data Mərkəzimiz Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”unun test sınaqlarından uğurla keçərək TIER III beynəlxalq sertifikatına, həmçinin ISO-20000 və ISO 27001 informasiya təhlükəsizliyi standartlarına layiq görülüb. TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəzimizdə il ərzində cəmi yolverilən boşdayanma 1,6 saat təşkil edir. Sahəsi 700 m2 –dən çox olan və tələblərinizə tam cavab verəcək sayda server dayaqlarına malik Data Mərkəzində verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçiririk.


Baxış

Data xidmətləri üzrə üstünlük verilən provayderə çevrilmə
Sifarişçilərimizin və tərəfdaşlarımızın fərdi üstünlüklərinin artırılması

Faktlar

TIER III, İSO 20000 və İSO 27001 Sertifikatlı Data Mərkəzi
24/7 müddətində sifarişçiyə texniki dəstəyin göstərilməsi


Missiya

Sifarişçilərə və tərəfdaşlara individual yanaşma
Təhlükəsiz və korporativ səviyyəli virtual sistemə sürətli qoşulmanın təmin edilməsi
Biznesimizin və xidmətlərimizin təkmilləşdirilməsi üçün innovasiyaların tətbiqi

Dəyərlər

Şəffaflıq.Biz öz sifarişçilərimizlə bərabərhüquqlu əlaqələr yaradırıq.
Etibarlılıq.Biz etibarlı və dayanıqlı tərəfdaşıq.
Nüfuz.Biznes sahəsində bizə bələdçilik edən başlıca dəyərlərə malikik.


Brendimizin vədi

Müasir infrastruktur sayəsində müştərilər üçün ən vacib olan 4 aspekti təmin edirik: təhlükəsizlik, etibarlılıq, rahatlıq və xərclərə qənaət.


ÜSTÜNLÜKLƏRİMİZ

Bizim fərqləndirici cəhətimiz bazar tendensiyaları və ən müasir texnologiyalara uyğunluğumuzdur. Data Mərkəzimizin əsas üstünlükləri arasında informasiya təhlükəsizliyinin təmin edilməsi, kibertəhdidlərin qarşısının alınması və data itkisi ilə bağlı risklərin minimuma endirilməsini qeyd etməliyik. Bundan başqa, təklif etdiyimiz xidmətlərə 24/7 rejimində texniki dəstək təmin edirik.

TƏHLÜKƏSİZ
Fiziki və virtual müdafiə
Yanğına qarşı mühafizə sistemi
SƏMƏRƏLİ
Uyğunlaşma qabiliyyəti
Yenilənməyə ehtiyac olmayan
Kapital xərclərinin 0%-ə endirilməsi
İstismar xərclərinin 30-40% azaldılması
ETİBARLI
Enerji təhcizatı
Xüsusi soyutma sistemi
Qoşulma imkanı
DİGƏR
Daşına bilən
Ətraf mühitə zərərsiz

Təhlükəsizlik bizim üçün ən önəmli amillərdən biridir. Təhlükəsizliyi təmin etmək üçün ilk olaraq risklərin qiymətləndirilməsindən başlayırıq, ətraflı təhlil aparırıq və müvafiq həllər seçirik. DM-in perimetrinin mühafizəsindən danışsaq, burada çoxpilləli yanaşma tətbiq edirik: 24/7 biometrik daxilolma, video nəzarət, ağıllı siqnalizasiya, yanğına qarşı mühafizə, tüstünün aşkar edilməsi və qaz vasitəsilə yanğınsöndürmə. İnformasiya təhlükəsizliyi sistemi üçün isə aşağıdakı açar elementləri tətbiq edirik: DM-in şəbəkə perimetrinin qorunması (firewall), Paylanmış Xidmətdən imtina hücumlarından (DDoS) qorunma, data itkisinin və sızmasının qarşısının alınması, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması (IDS/IPS sistemi).Onu da qeyd edək ki, “AzInTelecom” MMC-nin “Data Mərkəzi” Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilmişdir.

Biz inanırıq ki, siz öz biznesinizi qurarkən böyük baryerlərlə üzləşməməlisiniz. IaaS xidmətlərimiz müştərilərə vaxt və biznes tələblərindən asılı olaraq öz İT infrastrukturlarını genişləndirmək imkanı verir. Öz resurslarınızı siz özünüz təhlil edirsiniz. Təklif etdiyimiz kommersiya paketləri daxilində sadəcə aylıq abunə haqqı ödəməklə əlavə avadanlıqların quraşdırılması və texniki dəstəyin göstərilməsini təmin edirik. Biz xidmətlərimizi elə şəkildə uyğunlaşdırırıq ki, siz öz tələb və büdcənizə uyğun olan optimal həll əldə edəsiniz. Bununla da, xərclərin optimallaşdırılması sayəsində digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət edə biləcəksiniz. Təklif etdiyimiz IaaS xidmətlərinin səmərəliliyini qısa şəkildə belə ifadə edə bilərik: İT resursları maksimum elastikdir, istədiyiniz zaman əlçatandır, faktiki istifadəyə əsaslanan qiymət modeli isə sadə və şəffafdır.

Biz tərəfdaşlığın etibarlılıq üzərində qurulmasına önəm veririk. Enerji təchizatının etibarlılığını təmin etmək üçün üçmənbəli enerji, fasiləsiz enerji təchizatı sistemi və 72 saat fasiləsiz çalışmanı təmin edən çənə malik ikili dizel generatordan (“Volvo”) istifadə edirik. İki enerji mənbəyinə malik avadanlıqlar və çoxsaylı “uplink” xətləri hesabına xüsusi ehtiyat soyutma sistemi (”Stulz”) yaratmışıq. Yüksək ötürülmə sürətinə malik iki ayrıca əsas provayder (backbone) vasitəsilə qoşulmanın etibarlılığını tam təmin edirik. Ən əsası isə, bizdə mövcud olan ölkədaxili şəbəkə (local exchange ring) sayəsində beynəlxalq internetlə bağlı fors-major hal baş versə belə, sizi əmin edə bilərik ki, xidmətlərinizin fasiləsizliyi təmin olunacaq. Həmçinin sistemin fasiləsiz işləməsi üçün vahid sıradan çıxma nöqtələrinin aradan qaldırılması, yüklənmənin tarazlaşdırılması, klasterizasiya, rezervləmə və bərpa sistemi, virtuallaşdırma texnologiyalarını tətbiq edirik.

Hal-hazırda üzərində iş gedən ehtiyat Data Mərkəzi ilə məlumatlarınızın rezervləşdirilməsi üçün coğrafi ehtiyatlılıq imkanını da təqdim edirik. Data Mərkəzimizdə enerjidən istifadəsinin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə zərərsiz data mərkəz yaratmaq mümkün olmuşdur.

XİDMƏTLƏR

TIER III, ISO 20000 və ISO 27001 Sertifikatlarına malik Data Mərkəzimizdə ən son texniki göstəricilərə malik baza əsasında hökumət, özəl və beynəlxalq müştərilərə yaddaş, hesablama, şəbəkə və yerləşdirmə xidmətləri göstəririk və fərdi həllər təklif edirik. Təklif etdiyimiz xidmətlərə 24/7 rejimində texniki dəstək təmin edirik.

TIER III STANDARTI

ABŞ-ın Uptime Institute-u tərəfindən işlənib-hazırlanmış Tier III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Tier III standartına malik Data Mərkəzlərdə texniki xidmət və təmir üçün fasilə edilməsi tələb olunmur. Aktiv avadanlıqlar N+1 prinsipi ilə rezervlənir. Bunun sayəsində İT-proseslərini dəstəkləmək üçün zəruri olan istənilən element data mərkəzin işinə xələl gətirmədən təmir edilə bilər. İnfrastrukturun etibarlılığı 99.982%, il ərzində yolverilən boşdayanma isə cəmi 1.6 saat təşkil edir.

ISO/IEC 20000 STANDARTI

ISO/IEC 20000 şirkətlərə İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən standartdır. Bu sertifikatın əldə edilməsi potensial müştərilərə şirkətdə daxili proseslərin təhlükəsiz, düzgün idarə olunan və daima təkmilləşən olduğunu başa düşməyə yardım edir. Yüksək keyfiyyəti və biznes məqsədlərini rəhbər tutmaqla, proseslərin inteqrasiya olunmasına və məhsuldarlığı artırmağa imkan verir. Bu sertifikat özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artmasına gətirib çıxarır. Ən əsası isə, xidmətlərin idarə olunmasına struktur yanaşma sayəsində, müştərilərdə inam yaranmasını təmin edir.

ISO/IEC 27001 STANDARTI

ISO/IEC 27001 şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib-hazırlanması üçün nəzərdə tutulan standartdır. Əsas Məqsədi  şirkətin informasiya sisteminin idarəetmə üçün daha da şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib-hazırlanmasından ibarətdir.   ISO 27001 sertifikatının mövcudluğu tərəfdaşlara, investor və müştərilərə şirkətdə informasiya təhlükəsizliyinin effektiv idarə olunduğunu əyani şəkildə sübut edir. Bu da öz növbəsində, şirkətin rəqabət qabiliyyətini artırır və informasiya risklərini idarəetmək qabiliyyətini nümayiş etdirir.